“Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək
1372
14.09.2020
14.09.2020 10:28
Sentyabrın 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Milli Musiqi Gününə həsr olunmuş “Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” mövzusunda respublika elmi-praktiki konfrans keçiriləcək.
Konfrans Elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn qaydada, “Zoom” proqramı vasitəsilə keçiriləcək.