Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
352

“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində cari ilin mart ayında elan edilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalının birinci mərhələsində keçirilən müsabiqə başa çatıb və sərgidə nümayiş ediləcək əsərlərin qəbuluna başlanılıb.

Müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.

28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümunələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib.

Qeyd edək ki, birinci mərhələdə müsabiqənin iştirakçılarının əl işləri Azərbaycan və xarici ölkələrin münsiflər heyətinin üzvləri tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyənləşib.

Festivalda sərgilənmək üçün seçilən xarici ölkələrdən çoxsaylı iştirakçılar öz əsərlərini yekun sərgidə nümayiş etdirmək üçün artıq Bakıya göndərməyə başlayıblar. Sərgidə nümayiş ediləcək iştirakçıların əsərlərinin qəbulu davam edir.

Müsabiqənin yekun sərgisinin keçiriləməsi ilə bağlı təşkilatı məsələlərə pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra baxılacaq və kataloq çap olunacaq.

XƏBƏRLƏR

28.10.2020 19:48
“Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda brifinq keçirilib
28.10.2020 17:17
Əməkdar rəssam Faiq Abdullayev vəfat edib
27.10.2020 18:33
Əməkdar artist Etibar Qasımbəyli vəfat edib
27.10.2020 16:27
Mədəniyyət Nazirliyi sistemində kadr təyinatları
26.10.2020 17:14
Mədəniyyət Nazirliyi tərəfindən Ermənistanın təxribatları ilə bağlı xarici ölkələrə müraciət ünvanlanıb
26.10.2020 14:58
Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb
23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir