Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
354

Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib

Uzun illər ərzində ölkəmiz müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər təşkilatlara üzvdür.

Sözügedən mövzu ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq dünya təşkilatları” mövzusunda yeni bir aksiyaya start verib.

Bu aksiya 3 dildə - Azərbaycan, ingilis və rus dillərində keçirilir. Belə ki, kitabxana əməkdaşları bu və ya digər beynəlxalq dünya təşkilatı haqqında 3 dildən birində (və ya hamısında) videoçarx hazırlayaraq, sosial şəbəkə istifadəçilərinə təqdim edirlər. Qısa zaman müddətində başlamasına baxmayaraq, kitabxananın “Instagram” və “Facebook” səhifələrində artıq UNESCO, ISESCO, BMT, ATƏT, Beynəlxalq Olimpiya Komitəsi, TÜRKSOY, Qızıl Aypara Cəmiyyəti və s. kimi dünya miqyaslı təşkilatlar haqqında bəhs edən videomateriallar yerləşdirilib. Bütün bu materiallar kitabxana əməkdaşları tərəfindən səsləndirilmiş və hazırlanmışdır. Videoçarxlarda beynəlxalq aləmdə tanınan və fəaliyyət göstərən təşkilatların yaranma tarixi, fəaliyyət prinsipləri, ona üzv olan dövlətlər və Azərbaycan Respublikasının bu təşkilatlar ilə olan beynəlxalq əlaqələri haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.

XƏBƏRLƏR

04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb
22.07.2020 14:07
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir