Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
603

Dəyişən reallığa uyğunlaşan mədəniyyət

Rəqəmsal fəaliyyətin dövrün tələblərinə uyğun təşkili mədəniyyət subyektlərinin gələcək fəaliyyətinin səmərəliliyinə xidmət edəcəkdir. Bu və digər mövzuları iyulun 3-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Rəqəmsal dünyanın yeni mədəniyyət məkanlarına inteqrasiyası və insanlara psixoloji təsiri” adlı elmi vebinarda iştirak edən alim və mütəxəssislər müzakirəyə çıxarıblar.

Vebinarda Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın baş müəllimi, professor, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, “İkinci nəfəs” psixologiya mərkəzinin direktoru, psixoloq Natiq Muradbəyli, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, BMA-nın Elmi tədqiqatlar laboratoriyasının müdiri Nuridə İsmayılzadə mövzu ətrafında açıq müzakirələr aparıblar.

Mövcud pandemiyanın cəmiyyətə, ictimaiyyətə, mədəniyyətə və daha çox onun müxtəlif istiqamətlərinə təsiri, çıxış yolları fəlsəfi nöqteyi-nəzərdən müzakirə olunub.

Vebinarda, həmçinin mərkəzin elmi katibi Cavid Əliyev, elmi işçisi Səadət Şirinova, metodist Sevinc Cəfərova mövzu ilə bağlı çıxış ediblər.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd edib ki, koronavirus sayəsində dünyanın bütün inkişaf etmiş texnologiyaları bir çox ölkələrin sosial, dini, mədəni, siyasi, iqtisadi, texniki və digər sistemlərini qaçınılmaz dəyişikliklərə məruz qoyub. Unifikasiya, mədəni deqradasiya, yad tendensiyaların yeridilməsi, ənənəvi dəyərlərin dəyişikliklərə uğraması, yeni peşə münasibətləri meyarının meydana gəlməsi və s. bu kimi amillərin aktuallaşması müasir dövrdə sahə əməkdaşlarından öz işlərinə ikiqat məsuliyyətlə yanaşmanı tələb etdiyini bildirən A.Usubəliyev mövcud istiqamətdə qısa müddət ərzində gücləndirilmiş təlimlərin təşkil olunacağını vurğulayıb.

XƏBƏRLƏR

04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb
22.07.2020 14:07
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir