22.05.2020 03:04
Dövlət “Yuğ” Teatrı mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda hazırlanmış “Otello” (U.Şekspir) tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə virtual şəkildə təqdim edəcək.
Mayın 23-də nümayiş etdiriləcək səhnə əsərində rolları Xalq artisti Məmməd Səfa Qasımov, Əməkdar artistlər Yaqut Paşazadə və Qasım Nağı ifa edir.
Tamaşa saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.