Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
920

Mədəniyyət Nazirliyində videokonfrans keçirilib

Mayın 19-da Mədəniyyət Nazirliyində nazirliyin aparat işçilərinin, regional mədəniyyət idarələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

Konfransda son günlər Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxslərinin saxlanılması, müvafiq orqanlar tərəfindən istintaq araşdırmalarının aparılması, bir sıra cinayət tərkibli faktların üzə çıxarılması müzakirə edilib. Vurğulanıb ki, bu istiqamətdə müvafiq orqanlar tərəfindən araşdırmalar davam etdirilir və bütün təqsirkar şəxslər ciddi məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verəcəklər.

Videokonfransda həmçinin mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində bir sıra vacib məqamlar diqqətə çatdırılmış, karantin rejiminin qismən yumşaldılması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, mayın 18-dən etibarən muzeylər, sərgi salonları və qalereyaların fəaliyyətinin bərpa edilməsi ilə bağlı lazımi işlərin görülməsinin zəruriliyi qeyd edilmişdir. Bu məkanlarda dezinfeksiya tədbirlərinin davam etdirilməsi, ziyarətçilərin tibbi maskalardan istifadə etmələrinə diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır.

Hələlik fəaliyyəti bərpa olunmayan mədəniyyət müəssislərinin öz işlərinə sosial təcrid rejimi şərtlərinə uyğun davam etməsi, nazirlik tərəfindən elan olunmuş müsabiqələrin yekunları ilə bağlı müvafiq işlərin görülməsi tövsiyə olunmuşdur.

Videokonfransda təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunması məsələsi xüsusilə qeyd edilmişdir. İştirakçıların nəzərinə çatdırılmışdır ki, şagirdlərin musiqi və incəsənət məktəblərinə qəbulunun yalnız elektron qaydada həyata keçirilməsi təmin edilməlidir.

Beynəlxalq səviyyədə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən işlərin layiqincə davam etdirilməsinin vacibliyi vurğulanmış, Mədəniyyət Nazirliyinin fəaliyyətinin yeni qəbul edilmiş iş planına uyğun olaraq həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, vəzifələr məsuliyyətlə yerinə yetirilməli və mədəniyyət sahəsində çalışan hər bir şəxs baş verənlərdən nəticə çıxarmalıdır.

Videokonfransın sonunda nazirliyin müvafiq struktur və idarə rəhbərlərinə nöqsanların aradan qaldırılması və neqativ hallara yol verilməməsi barədə ciddi tapşırıqlar verilmişdir.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib