18.05.2020 10:39
Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan Milli Tarixi-Bədii Qoruğu sosial media vasitəsilə “Qobustanın qayasında təsvir ol” kampaniyası elan edib.
Bu kampaniyaya qoşulmaq istəyənlər Qobustanda çəkilmiş fotolarını qoruğun “facebook” və “instagram” hesablarında paylaşmalıdırlar.
Həmin fotolar Qobustanın ICOM posterinin dizaynında istifadə ediləcək. Həmçinin 18 may saat 15:00-da yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərindən istifadə edən rəssam-keramist Mir Teymur Məmmədovla qoruğun “facebook” səhifəsində canlı görüş olacaq.