Muzeylərə virtual səyahət layihəsinin növbəti video təqdimatı Azərbaycan Milli İncəsənət Muzeyi haqqındadır
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi üçün 6 aprel 2020-ci il tarixində maraqlı layihəyə start vermişdir.
“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaradacaqdır. Layihə çərçivəsində ilk virtual səyahət Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilmişdir.
Bugün növbəti səyahət respublikamızın ən nüfuzlularından birisi və incəsənət sahəsində aparıcı muzey olan Azərbaycan Milli İncəsənət Muzeyinə olmuşdur. Virtual tur zamanı izləyicilərə muzeyin kolleksiyasında qorunub saxlanılan bir sıra nadir eksponatlar nümayiş etdirilmiş, onlar haqqında ətraflı məlumat verilmişdir.
Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək bu layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcəkdir.
Videonu aşağıdakı link vasitəsilə izləmək mümkündür:
https://www.facebook.com/377192492721819/posts/880364125737984