Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1990

"Minnətdarıq" adlı Respublika rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə “MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİ elan olunur:

Müsabiqədə iştirak etmək üçün uşaqlar, yeniyetmələr və 30 yaşa qədər gənc rəssamlar www.xsm.az saytında tədbirlər bölümündəki “Minnətdarıq” afişasına toxunmaqla və ya (  http://xsm.az/site/minnetdariq/ ) linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.
Qeydiyyat 2020-ci il may ayının 15-dək aparılacaq.
Seçim 3 yaş kateqoriyası üzrə keçiriləcək və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 5-12 yaş, 12-17 yaş və 17-30 yaş;
Ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək;
Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək;
Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək;
Təşkilatçılar öncə sərgilənməmiş - yeni əsərlərin yaradılmasını tövsiyə edir;
Festivalda Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da iştirak edə bilər;
Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
May ayının 20-dən sonra əsərləri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərin siyahısını və tədbirin davamı haqda əlavə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının www.azgallery.az saytından, facebook və instagram səhifələrindn, həmçinin Xətai Sənət Mərkəzinin www.xsm.az saytının elanlar bölümündən, facebook və instagram səhifələrindən izləyə bilərsiniz.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və hər yaş qrupu üzrə qaliblər elan olunacaq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılacaq (mükafat fondundan qanunvericiliklə müəyyən olunan vergi və digər tutulmalar çıxılacaqdır).

Mükafatlandırma fondu:
17-30 yaş üçün
I yer (1 nəfər) – 1500 manat
II yer (1 nəfər) –1000 manat
III yer (1 nəfər) –500 manat
Həvəsləndirici mükafat (5 nəfər) - 300 manat

12-17 yaş arası üçün
I yer (1 nəfər) –molbert
II yer (1 nəfər) –24-lü akril dəsti
III yer (1 nəfər) – 24-lü sulu boya dəsti+masa üstü molbert
Həvəsləndirici mükafat (10 nəfər) – 12-li quaş dəsti

5-12 yaş arası üçün
I yer (1 nəfər) –planşetli molbert
II yer (1 nəfər) –24-lü sulu boya dəsti
III yer (1 nəfər) –24-lü quaş dəsti
Həvəsləndirici mükafat (10 nəfər) – 12-li akril dəsti

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Qeyd: Müsabiqə və sərginin gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri yuxarıda göstərilən tarixlərədək aradan qaldırılarsa  

XƏBƏRLƏR

28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib