Ölkəmizdə aparılan #evdeqal kampaniyası çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müəllimlərinin təşəbbüsü ilə cari ilin 26-29 mart tarixlərində azyaşlı rəssamların “Koronavirusla mübarizə aparaq!” adlı onlayn sərgisi təşkil edilib.
27 şagirdin 30-dan çox rəsm əsərlərinin nümayiş etdirildiyi sərginin nəticələri martın 30-da açıqlanıb. Rəsmlər sözügedən məktəbin müəllimləri Nigar Şıxəliyeva və Əli Ağadadaşov tərəfindən qiymətləndirildi. Peşəkar rəssamların birgə rəyinə əsasən İnci Əlizadə birinci, Rəhimə Əhmədova ikinci və Xədicə Məmmədova üçüncü yerə layiq görülərək sərginin qalibi oldular. Bununla yanaşı, “Facebook” və “Instagram” sosial şəbəkəsində paylaşılan əl işlərindən ən çox bəyənilən üç rəsm əsəri “Tamaşaçı rəğbəti” nominasiyasına layiq görülmüşdür.