Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1485

Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib

Azərbaycan mədəniyyətinə və teatr sənətinə ağır itki üz vermişdir. Yuğ Dövlət Teatrının baş rəssamı Əməkdar rəssam Rəşid Şerif (Həsənov) ömrünün 67-ci ilində vəfat etmişdir.

Həsənov Rəşid İbrahim oğlu (Rəşid Şerif) 1953-cü il 29 sentyabrda Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur.

1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, elə həmin ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı vəzifəsində çalışmağa başlamışdır. 1989-cu ildən – Yuğ Teatrının yarandığı vaxtdan burada baş rəssam kimi fəaliyyətə başlamışdır.

R.Şerif “Açar” (Nizami Gəncəvi), “Səma” (Şah İsmayıl Xətai), “Gəl gedək”, “Gündoğan”, “Bircə qarış” (Ramiz Rövşən), “Ümid”, “Ümid - 2” (Semuel Bekket), “Leyli demə”, “Yol” (Məhəmməd Fizuli), “Dad”, “Vəsl”, “Hicr”, “Rəhm”, “Bəlayi-eşq”, “Yar”, “Ya rəbb”, “Rüsva”, “Əfğan”, “Rindü-şeyda” (Məhəmməd Fizuli), “Yuxu” (Z.Marağayi), “Sentimental vals”, “Birinci akt” (Anton Pavloviç Çexov), “Yasaq” (Əbülqasım Firdovsi), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent Ekzüperi), “Audiensiya”, “V ölçü”, “Uzun incə bir yoldayam” (Vaqif İbrahimoğlu), “Dürlü xəbər” (“Kitabi-Dədə Qorqud”), “Solğun çiçəklər” (Cəfər Cabbarlı), “Adam uşağı” (Umay Minnur), “Efirdə görüşənədək” (Əbdülqəni Əliyev), “Pəncərə önündə” (Kamal Aslanov), “Ən gülməli ölü” (Vaqif Bayatlı), “Rənglər” (Rəsul Rza), “Ov” (Qoderzi Çoxelli), “Cənab Ö” (Cəlil Məmmədquluzadə), “Otello” (Vilyam Şekspir), “Hop-hop” (Mirzə Ələkbər Sabir), “Sən həmişə mənimləsən” (İlyas Əfəndiyev), “Üz tuturam Tanrıya” (Fəxrəddin Salim), “Arabir görüşməyə kişi axtarıram” (Rüstəm İbrahimbəyov), “Dəvə yağışı”, “Axırdan sonra”, “Bir, iki, bizimki...” (Kamal Abdulla), “Faust” (İohan Volfqanq Göte), “İlan dərisi” (Slabodan Şnayder), “Olsun” (Yunis İmrə), “Midasın qulaqları” (Güngör Dilmen), “Can üstə” (Afaq Məsud), “O susurdu” (Süqoro Yamamoto), “Kafkadan salam” (Frans Kafka), “Tas” (Orxan Fikrətoğlu), “Naməlum Axundzadə” (Mirzə Fətəli Axundzadə) kimi 80-dən artıq tamaşaya səhnə tərtibatı vermişdir.

2003-cü ildə Estoniyanın Vilyandi şəhərindəki “Uqala” teatrında “Dekameron” tamaşasının səhnə tərtibatının müəllifi olmuşdur.

Rəşid Şerif 1992-ci ildən karikaturaçı kimi bir sıra qəzetlərlə əməkdaşlıq etmişdir. 1997-ci ildən “Aydın doğan” Beynəlxalq karikatura müsabiqəsinin daimi iştirakçısı olmuş, 1996-2000-ci illərdə “İlin ən yaxşı karikaturaçısı” nominasiyası üzrə “Media açarı” mükafatına layiq görülmüşdür. “İnsan hüquqları: ikinci nəfəs” (Alma-Atı, Qazaxıstan, 1998-ci il) Beynəlxalq sərgi-seminarının iştirakçısı olmuşdur.

Bakı İncəsənət Mərkəzi (Bakı, 1995), Nizami adına Ədəbiyyat Muzeyi (Bakı, 1996), “Adile Naşit” Mədəniyyət Mərkəzi (İstanbul, Türkiyə, 1991), “Kodolinna Mayas” qalereyası (Tallin, Estoniya, 2003) kimi mötəbər sərgi salonlarında rəsm sərgiləri keçirilmişdir. Azərbaycan teatr rəssamlarının “Retrospektiv” (Bakı, 2005) adlı sərgisinin iştirakçısıdır.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür. 

Görkəmli rəssam Rəşid İbrahim oğlu Həsənovun əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində əbədi yaşayacaqdır. 

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi