Milli İncəsənət Muzeyinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
3752
25.03.2020
25.03.2020 01:56
Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları da bütün dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi çağırışa qoşulublar.
Mədəniyyət ocağı dövlət başçısının müvafiq fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.