Azərbaycan muzeyləri haqqında məlumatları “Museum.az” internet-portalı üzərindən əldə etmək imkanı yaradılmışdır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən muzeylərin elektron bazasının yaradılması ilə bağlı “Museum.az” internet səhifəsi yaradılmışdır.
“Museum.az” internet bələdçisi Azərbaycanda fəaliyyət göstərən muzeylər haqqında 3 dildə (Azərbaycan, rus, ingilis) məlumatları təqdim edir.
İnternet bələdçi Ana səhifə, Muzeylər, Tədbirlər, Media (xəbrlər, 360 tur), Nadir eksponatlar, Xəritə və Biletlərin online alınması bölmələrindən ibarətdir.
Eyni zamanda burada Heydər Əliyev Mərkəzləri ilə bağlı xüsusi bölmə yaradılmışdır.
“Museum.az” internet bələdçi səhifəsində nazirlik tərəfindən işlənilmiş Azerbaijan 360, google.map proqramları və i-ticket online bilet satışı bölmələri inteqrasiya edilmişdir.
Müvafiq kateqorayalar üzrə (muzeyin adı, profili və s.) istənilən muzey haqqında dolğun məlumatları sayt vasitəsilə əldə etmək mümkündür.
Ana səhifədə gözlənilən tədbirlər haqqında anonslar nümayiş etdirilir.