Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1141

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin “Anadolu”, “İhlas” və “Demirören” xəbər agentliklərinin əməkdaşlarına müsahibə verib

“Azərbaycan və Türkiyə arasında əlaqələr o qədər dərindir ki, bəzən mədəniyyətlərimizi bir-birimizə tanıtmağı belə unuduruq. İstərdik ki, Azərbaycanın mədəniyyət və incəsənəti Türkiyədə daha çox tanıdılsın, eyni zamanda Türkiyə mədəniyyəti ölkəmizdə təbliğ olunsun”.

Bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin “Anadolu”, “İhlas” və “Demirören” xəbər agentliklərinin əməkdaşlarına müsahibəsində deyib.

Nazir Ermənistanın işğalı altında olan mədəni irsimizlə bağlı fikirlərini bölüşərək bildirib ki, Azərbaycan öz mədəni irsinin mənimsənilməsinə imkan verməyəcək: “Bu işdə biz yalnız deyilik, türk dövlətləri də hər zaman yanımızda olurlar. İşğal altında olan Azərbaycan torpaqlarında bərpa adı ilə tarixi abidələrimiz saxtalaşdırılır və təhrif olunur. Türkiyə bu məsələdə hər zaman öz dəstəyini göstərir. Biz UNESCO-da da birlikdə çalışırıq. Birgə zəhmətimiz sayəsində UNESCO siyahısına daxil etdiyimiz irs nümunələrimiz var. Məsələn, Novruz bayramını ümumi miras olaraq təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etdik. Çünki Novruz bizi birləşdirən dəyərdir. Həmçinin “Kitabi-Dədə Qorqud” dastanı Türkiyədə də, Türkmənistanda da, Qazaxıstanda da eyni adla tanınır. Türk xalqlarının bu söz abidəsi də bizi birləşdirir”.

Nazir qeyd edib ki, irs nümunələrimiz UNESCO-nun siyahısına daxil olduqdan sonra onlardan daha səmərəli istifadə etməli, onların təbliğatını daha da genişləndirməliyik: “Ötən il Bakı şəhəri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi. Bu bizim üçün qürurdur. Biz özümüzü türk mədəniyyətinin ayrılmaz bir hissəsi kimi görürük. Azərbaycan və Türkiyə arasında əlaqələr o qədər dərindir ki, bəzən mədəniyyətlərimizi bir-birimizə tanıtmağı belə unuduruq. İstərdik ki, Azərbaycanın incəsənət adamları Türkiyədə daha çox tanıdılsın, eyni zamanda Türkiyə mədəniyyəti ölkəmizdə təbliğ olunsun. Beynəlxalq aləmdə bir millətin iki səsi var. Hörmətli Prezidentimiz cənab İlham Əliyev Türkiyəni hər zaman Azərbaycana ən yaxın və qardaş ölkə kimi görür. Azərbaycan və Türkiyə bu gün bölgənin aparıcı nəqliyyat, neft-qaz layihələrini həyata keçirirlər. Neft kəməri, dəmir yolu xətti Türkiyə üzərindən keçir”.

TÜRKSOY çərçivəsində əməkdaşlıqdan söz açan Əbülfəs Qarayev deyib ki, bu təşkilat fəaliyyətində bütün türk mədəniyyətlərini birləşdirir: “Harada türk xalqı varsa, biz onların da mədəniyyətini qorumalıyıq. Balkanlardan tutmuş dünyanın bir sıra ölkələrində türk mədəniyyətini qorumalı və dünyaya bu mirasın nə qədər qədim və zəngin olduğunu sübut etməliyik”.

XƏBƏRLƏR

30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb
22.07.2020 14:07
Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir
22.07.2020 10:58
Mədəniyyət Nazirliyi Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
22.07.2020 10:13
Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilib
22.07.2020 09:14
Milli Kitabxananın arxiv fondu milli mətbuatımızın ilk nümunələrinin orijinal nüsxələri ilə zənginləşib
21.07.2020 17:28
Milli irsin yaşadılmasında Azərbaycan Milli Xalça Muzeyinin uğurları