Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
8782

Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb

Yanvarın 24-də “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” adlı fotosərgi açılıb.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Rusiyanın TASS İnformasiya Agentliyinin birgə təşkilati dəstəyi ilə reallaşıb.

Açılış mərasimində çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib: “Sərgidə TASS-ın və AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilmiş 60-dan çox foto nümayiş etdirilir. Buna görə də sərgini cəsarətlə iki informasiya agentliyinin birgə yaradıcılıq işinin bəhrəsi adlandırmaq olar”.

Qeyd olunub ki, bu fotolarda ölkələrimizin liderləri, tanınmış siyasətçilər, ictimai xadimlər, elm adamları, aktyorlar, musiqiçilər və idmançılar əks olunub. Ekspozisiyada Azərbaycan xalqının ümummilli lideri, Rusiya-Azərbaycan münasibətlərini tamamilə yeni məzmunla zənginləşdirmiş Heydər Əliyevin, öz səyləri ilə ölkələrimiz arasında əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən və gündən-günə möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin fotoları var.

Bəstəkarlar Qara Qarayev və Fikrət Əmirov, SSRİ Xalq rəssamı Tahir Salahov, SSRİ Xalq artisti Müslüm Maqomayev, böyük musiqiçimiz və diplomatımız, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, görkəmli neftçi Fərman Salmanov da bu fotoların qəhrəmanlarıdır.

Onların hər biri öz sahəsində ölkələrimizin şöhrətlənməsinə və ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib, bəziləri hələ də töhfə verməyə davam edirlər. Həqiqətən də onları həm Rusiyada, həm də Azərbaycanda tanıyır və sevirlər.

İstedadlı azərbaycanlıların yeni nəslinin yetişdiyini vurğulayan AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib: “Onlar Rusiyada müvəffəqiyyətlə çalışmaqla bərabər, Azərbaycanı təbliğ edirlər. Fotolarda əks olunmuş bu insanlara baxdıqca, ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Aslan Aslanov bildirib ki, TASS-ın və AZƏRTAC-ın fotomüxbirlərinin böyük yaradıcı potensialını nümayiş etdirən ekspozisiya bir-birinə səmimiyyəti və qarşılıqlı dəstəyi ilə həmişə fərqlənən agentliklərimizin sıx əlaqələrinin təsdiqidir. Bu sərgi ölkələrimizin qarşılıqlı münasibətlərinin bir növ fotolarda əks olunmuş tarixidir və illər keçdikcə həmin fotoların dəyəri daha da artır. Əminəm ki, qarşıda birgə sərgilərimiz çox olacaq. Çünki ölkələrimizin əməkdaşlığı genişlənir və möhkəmlənir, biz isə öz informasiyalarımız və fotolarımızla bu dostluğun salnaməsini yaratmaq üçün əlimizdən gələni edəcəyik.

TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov bildirib ki, sərginin adı ilk baxışda sadə görünsə də, əslində, çox dərin mənaya malikdir. Bizim ölkələrimizin, xalqlarımızın qarşılıqlı münasibətlərində, ümumiyyətlə, sevgi vacib sözdür. Sevgini Bakıya, bu torpağa qədəm qoyduğun andan duyursan. Əminəm ki, azərbaycanlılar da Moskvada bu hissi keçirirlər. Bu ekspozisiyada şəkillərin sayı çox olmasa da, əslində, xalqlarımızın bir-birinə xoş münasibətini əks etdirən fotoşəkilləri sərgiləmək üçün ən geniş salonlar da kifayət etməz. Onların sayı minlərlədir. Çünki biz Azərbaycanda yaşayan hər kəsi sevirik. Moskvaya gəlin. Biz əminik ki, Rusiya ilə Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək, inkişaf edəcək, genişlənəcək. Fotolar minlərlə sözdən daha çox şeyi deyir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar sərgi ilə tanış oldular.

Ekspozisiyada sərgilənən fotolar arasında Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan arasında sənədlərin imzalanması mərasimində, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Heydər Əliyev Fondunda. Fondun prezidenti Mehriban Əliyeva Vladimir Putinə xatirə hədiyyəsi təqdim edərkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Şelkunçik” baletindən sonra Mariinski Teatrının truppası ilə görüş zamanı, müğənni Tamara Sinyavskaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tretyakov qalereyasında keçirilən “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisinin açılışında və digər fotolar ziyarətçilər tərəfindən maraqla izlənib.

X  X  X

Sərgi ilə tanışlıqdan sonra Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın yubileyinə həsr olunmuş ziyafət təşkil edilib.

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının əhəmiyyətindən danışıb, tədbirin təşkilinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Yubilyar Mixail Qusman təşkilatçılara minnətdarlığını bildirib. TASS-ın baş direktorunun birinci müavini deyib: “Otuz ildən çoxdur ki, Moskvada yaşamağıma baxmayaraq, özümü bakılı hesab edirəm, ildə bir neçə dəfə bu gözəl şəhərə səfər edirəm. Çünki Bakı mənim uçun doğma şəhərdır”.

Tədbirdə bir sıra ölkələrin media nümayəndələri və mədəniyyət xadimləri çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Ziyafət bədii hissə ilə davam edib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb