Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1036

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik Kinosu Günləri” başa çatıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 13-17 yanvar tarixlərində keçirilən, xalqımızın birlik və mübarizlik tarixi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən “Vətənpərvərlik Kinosu Günləri” başa çatıb.

Yanvarın 17-də “Vətənpərvərlik Kinosu Günləri” Şağan qəsəbə Mədəniyyət Mərkəzində rejissor Cəmil Fərəcovun Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin haqqında çəkdiyi “Əbədiyyətə uçuş” filminin nümayişi ilə başa çatıb.

Film nümayişi Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin nümayəndəsi, mərkəzinin rəhbərliyi və yaradıcı heyət tədbir iştirakçılarına kino günlərinin mahiyyətindən söz açıb, Azərbaycanın Milli Qəhrəmanlarının həyat yolunun və döyüş əzminin böyüməkdə olan nəsil üçün bir örnək olduğunu vurğulayıblar.

Müxtəlif millətlərin ümumi vətəninə çevrilmiş Azərbaycan daim igidlər diyarı olub və onun mərd oğulları dinindən, dilindən, milliyyətindən asılı olmayaraq ölkəmizin azadlığı, müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparıb, bu yolda birlik və əzmkarlıq nümayiş etdiriblər.

“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində Binəqədi Mərkəzi Mədəniyyət evində, Müşfiqabad qəsəbə Mədəniyyət evində, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində, R.Axundov adına Mədəniyyət evində, Mərdəkan Mədəniyyət Sarayında, Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində, Şüvəlan qəsəbə Mədəniyyət evində, Şağan qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Seymur Məmmədova (“Qartal yuvası” filmi, rejissor Çingiz Həsənov), İqor Makeyevə (“Mən gəncəliyəm” filmi, rejissor Yavər Rzayev), Şahlar Şükürova (“Bir elin Şahları” filmi, rejissor Vəli Səyyadi), Əli Məmmədova (“Taleyin sorağında” filmi, rejissor Taleh İsmayılov), Ehtiram Əliyevə (“777” filmi, rejissor Cavid İmamverdiyev), Mikayıl Cəbrayılova (“İki əsgər” filmi, rejissor Vəli Səyyadi), Səfiyar Behbudova (“Qəhrəmanlıq zirvəsi” filmi, rejissor Kəmalə Musazadə), Rövşən Əliyevə (“Rövşən” filmi, rejissor Natiq Qurbanov), Məmməd Hüseynova (“Müəllim” filmi, rejissor Emin Əfəndiyev), Səxavət Məhərrəmova (“Məni yada salarkən” filmi, rejissor Yavər Rzayev), Viktor Seryoginə (“Əbədiyyətə uçuş” filmi, rejissor Cəmil Fərəcov) həsr olunmuş filmlər nümayiş olunub.

Qeyd etmək lazımdır ki, layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində filmlərin nümayişinə müxtəlif yaş qrupundan olan Bakı sakinləri, hərbçilər və məktəblilər cəlb edilib, mövzu ilə bağlı onlarla müzakirələr aparılaraq fikirləri öyrənilib.  

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb