“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə elan edilmiş böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş
“ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsinin vaxtı 2020-ci il aprel ayının 1-dək uzadılmışdır.Qeyd edək ki, müsabiqənin vaxtı 2019-cu il oktyabr ayının 15-də artıq başa çatmışdır. Müsabiqəyə təqdim edilmiş əsərlərə mütəxəssislər tərəfindən baxış keçirilmişdir. Bu ərəfədə Azərbaycan rəssamlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, bədii cəhətdən daha sanballı əsərlərin yaradılmasına nail olmaq məqsədi ilə müsabiqənin müddəti artırılmışdır.
Birinci mərhələdə müsabiqəyə təqdim olunmuş əsərlər 2020-ci ilin aprel ayında keçirilməsi planlaşdırılan sərgidə nümayiş hüququnu qazanmışdır.
Növbəti mərhələdə müsabiqəyə təqdim olunacaq yeni əsərlərə mütəxəssislər tərəfindən baxış keçiriləcək və sərgi üçün seçim aparılacaqdır. Sərgiyə çıxarılacaq bnütün əsərlərə münsiflər heyəti tərəfindən baxılacaq və mükafatların qalibləri müəyyənləşdiriləcəkdir.
Bununla əlaqədar birinci mərhələdə iştirak etmiş rəssamlardan xahiş olunur əsərlərini 2019-cu il dekabr ayının 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasından təhvil alsınlar.
Əlaqə telefonu: 012 493 86 33