Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3563

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti, xidmətləri olan ustad xanəndələrimizdən biri də Xalq artisti Əlibaba Məmmədovdur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın sevimli ifaçısının evinə qonaq gəldi. Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət oldu.

Birinci vitse-prezident Mehriban Əliyeva dedi: Salam, hörmətli Əlibaba müəllim. Çox şadam sizi görməyə.

Xalq artisti Əlibaba Məmmədov: Nə xoşbəxtçilik. Çox böyük zəhmət vermisiniz özünüzə. İnanırsınız ki, Allaha and olsun, mən nə boyda həyəcan keçirirəm ki, mənim üçün böyük bir şəxsiyyət, böyük bir insan bizə qonaq gəlib.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun. Sizi görməyə çox şadam.

Xalq artisti Əlibaba Məmmədov: Mən Sizi təbrik etmək istəyirəm, Birinci vitse-prezident seçilməyinizə görə bu, bir. İkincisi, “Heydər Əliyev” ordeni ilə təltif olunduğunuza görə, - bunların hamısına baxmışam, - bu, iki. Üçüncüsü, Rusiyanın Prezidenti Sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. Sizi inandırım ki, mən bunlara hər dəfə baxdıqca həyəcanlanırdım.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim, çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Təbrik edirəm. Siz çox böyük işlər görmüsünüz, hələ də görürsünüz və hələ də görəcəksiniz. Bilirsiniz, amma bu üç iş elə bir işlərdir ki, nə bilim, tarixdən də o yanadır, bunu tarix yaza bilməz, bu, mümkün deyil. Allah Sizi var eləsin.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun Əlibaba müəllim.

Xalq artisti Əlibaba Məmmədov: Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallah düz deyirəm. Siz xalqımızın sevimlisisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Mənim üçün belə sözləri sizin kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğuları hiss etmək çox xoşdur, Əlibaba müəllim.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olun. Baxıram, bir dəqiqə buraxmıram, harada olursunuz görürəm, həmişə, necə deyərlər, ürəyimdəsiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəstxətiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm.

Xalq artisti Əlibaba Məmmədov: Çox sağ olun, var olun. Vallah bilmirəm nə deyim, mən çox söz bilirəm, mən hər şeyi bilirəm, amma Sizi görmüşəm yadımdan çıxıb. Mən də Sizi təbrik edirəm. Məsələ burasındadır ki, Putinin dediyi o sözləri bütün dünya eşitdi. Hamımız fəxr etdik. Bilirsiniz də, bu, hörmət, qayğı idi, çox gözəl hadisə idi. Siz mənə bir ağsaqqal, sənətkar kimi həmişə hörmət etmisiniz, qayğı göstərmisiniz. Mən Sizin qayğınızı heç vaxt unutmamışam, heç vaxt da unutmayacağam, heç mümkün də deyil.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Amma bir şeyi də qeyd edim ki, Siz məni təzədən tarixə salmısınız. Nəyə görə, mənim 100 dənə mahnım var, mən onları 50 ildə yaratmışam, hər ildə 2 dənəsini.

Birinci vitse-prezident Mehriban Əliyeva: Özü də çox gözəl mahnılardır.

Xalq artisti Əlibaba Məmmədov: Bu mahnılar əlli ildir camaatın dilində oxunur. Mən Sizdən xahiş etdim ki, onlar itməsin, batmasın, o mənfur qonşularımız götürüb deyirdilər ki, bizimdir. Siz də o saat çox böyük həvəslə gözəl bir layihə yaratdınız.

Birinci vitse-prezident Mehriban Əliyeva: Elədir. Bu, bizim mədəni irsimizdir, Əlibaba müəllim. Sizin yaradıcılıq irsiniz Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə, biz bunu saxlamalıyıq, qorumalıyıq.

Xalq artisti Əlibaba Məmmədov: Doğrudan da Siz təkcə mənə yox, xalqa böyük xidmət etdiniz. Xalqımızın musiqisi zənginləşdi, yüz dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmayıb, yenə də olmayacaq. O yaxşılığı mən necə unudum, kim unuda bilər? Xalqımız da unutmayacaq. Bilirsiniz, Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir. Xalq sevsə sənətkarı, ona dağ bata bilməz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Mənim üçün böyük şərəfdir belə sözləri sizdən eşitmək. İnanın mənə, doğrudan böyük şərəfdir. Çox sağ olun.

Xalq artisti Əlibaba Məmmədov: Mən olanı deyirəm, vallah Siz çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz, zəmanəmizin Hacı Zeynalabdinisiniz.

Birinci vitse-prezident Mehriban Əliyeva: Sağ olun, Əlibaba müəllim. Mən Prezidentin də böyük salamlarını sizə çatdırıram.

Xalq artisti Əlibaba Məmmədov: Prezidentimizi də bağrıma basıram.

Birinci vitse-prezident Mehriban Əliyeva: O, sizi çox sevir, dedi ki, mənim böyük salamlarımı Əlibaba müəllimə çatdır. Sizə möhkəm cansağlığı arzuladı.

Xalq artisti Əlibaba Məmmədov: Sağ olsun, var olsun. Öz aramızdı, baxın, 15 ildə nə qədər işlər görmüsünüz, kim edə bilər? Prezidentimiz 15 ildir bizə rəhbərlik edir, xalqımızı idarə edir. Baxın, görün, Azərbaycan o Azərbaycandır, Bakı o Bakıdır?

Birinci vitse-prezident Mehriban Əliyeva: Bəli, ölkəmizdə böyük işlər görülüb.

Xalq artisti Əlibaba Məmmədov: Böyük işlər görüb, yenə də görür, indi lap böyük işlər görür. Bunun hamısını yerinə qoyub. Bilirsiniz, mən siyasətçi deyiləm, mən muğam ifaçısıyam, azdan-çoxdan şeiriyyət bilirəm, bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də, vallah. Bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözləri də yoxdur? Baxmırlar, görmürlər ki, nə işlər görülür? Xalqımızın adından, musiqiçilərin adından, öz adımdan deyirəm ki, var olun, dünyada nə gözəl şeylər var hamısı Sizə qismət olsun.

Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Mən sizin dəstəyinizi hər zaman hiss etmişəm.

Sonda Birinci vitse-prezident Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədova cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb