08.11.2019 09:15
Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” Xalq Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə yazıçı dramaturq Asif Cəfərlinin “Mən bu cahana sığmazam” əsərini tamaşaya qoyub.
Nazim Çırağın quruluşu əsasında hazırlanan tamaşanın səs rejissoru Rəqsanə Babayevadır. Tamaşada əsas rollarda Elnur Abbasov, Abdülhəsən Tağızadə, Sevinc Məmmədzadə, İsa Nəbiyev, Arzuman Əhmədov, Bayram Əhmədov və başqaları çıxış ediblər.
Tamaşa rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, teatrsevərlər tərəfindən maraqla qarşılanıb.