Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1081

Qazaxıstanın Mədəniyyət və Təhsil nazirləri ADMİU-da olub

Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri xanım Aktotı Raimkulova və Təhsil və Elm naziri Asxat Aymaqambetov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub. Universitetin rektoru professor Ceyran Mahmudova qonaqları qəbul edib və onlara Azərbaycanın zəngin mədəniyyəti, ölkəmizin təhsil sistemi, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinnin tarixi, bugünkü vəziyyəti və strukturu barədə məlumat verib. ADMİU-nun fakültələri və ixtisaslar haqqında danışan rektor qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin incəsənət təmayüllü ali təhsil ocaqları ilə
qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi universitetin fəaliyyətinin prioeritet istiqamətlərindəndir. Rektor Qazaxıstanın sənətlə bağlı əsas ali təhsil ocaqları ilə ADMİU-nun əməkdaşlıq etdiyini, qazaxıstanlı tələbələrin mütəmadi şəkildə Universitetdə elmi-təcrübə keçdiklərini qeyd edib. Görüşdə Azərbaycanın türkdilli dövlətlər arasında bütün fəaliyyət sferalarında, o cümlədən mədəniyyət, incəsənət, elm və təhsil sahələrində sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
Qonaqlar Qazaxıstanın Azərbaycanı hər mənada dəstəklədiyini, hər iki ölkənin daim inkişaf etdiyini qeyd edərək, görüşdən məmnun qaldığını, bundan sonra əlaqələrin daha da sıx şəkildə inkişaf etməsi, birgə layihələrin baş tutması üçün əlindən gələni edəcəyini bildirib. Daha sonra rektor qonaqları Universitetin binası, tədris və yaradıcılıq prosesi ilə tanış edib. Universitetin Vernisaj zalında nümayiş olunan xalça və qobelen sərgisi qazaxıstanlı məmurların xüsusi marağına səbəb olub. Nazirlər sərgidə nümayiş olunan işlərlə yaxından maraqlanıb, ADMİU- nun tələbələrinin əl işi olan qobelen nümunələrinə heyran olduqlarını bildiriblər.
Qonaqlar görüşdən, Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirərək kollektivə uğurlar arzulayıblar.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir