16.08.2019 11:18
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın məşhur violin ifaçısı Sergey Doqadin çıxış edəcək.
Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konserti Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Proqramda Üzeyir Hacıbəyli “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı Simfoniyası səslənəcək.