YUNESKO Beynəlxalq Mədəni Müxtəliflik Fonduna (IFCD) layihələrin qəbulu üzrə növbəti - 10-cu çağırışı elan edir
YUNESKO-dan alınan məlumata görə qurumun Beynəlxalq Mədəni Müxtəliflik Fondu (IFCD) layihələrin qəbulu üzrə növbəti - 10-cu çağırışını etmişdir.
Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında YUNESKO-nun 2005-ci il Konvensiyasına uyğun olaraq yaradılan Beynəlxalq Mədəni Müxtəliflik Fondu inkişaf etməkdə olan ölkələrdə dinamik mədəni sektorun inkişafına təkan verərək mədəni özünüifadə müxtəlifliyinin qorunması siyasətinə xidmət edən layihələri maliyyələşdirir.
Mövcud qaydalara əsasən, onlayn müraciətlərin ilkin seçimi mədəniyyət nazirlikləri tərəfindən həyata keçirilməlidir.
Layihələr həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən təqdim oluna bilər. Layihələrin onlayn təqdimatı üçün son tarixin 13 iyun 2019-cu il olduğunu nəzərə alaraq, maraqlı tərəflər layihələri 31 may tarixinə qədər Mədəniyyət Nazirliyinə (mct@mct.gov.az subject: IFCD Layihə müraciəti) təqdim edə bilərlər. Yalnız Mədəniyyət Nazirliyi tərəfindən seçilmiş layihələrə növbəti mərhələdə YUNESKO Katibliyində baxılacaqdır.
Layihə ilə bağlı ətraflı məlumatı https://en.unesco.org/creativity/calls/unesco-launches-its-10th-ifcd-call-applications saytına daxil olmaqla və ya 012-493-02-33 nömrəsi ilə əlaqə saxlamaqla almaq olar.