Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası
1. Namizədlər
Namizədlərə dair tələblər
- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mədəniyyət sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;
- İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.
Namizədlərin qeydiyyatı
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;
3. namizədin tərcümeyi-halı;
4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
5. namizədin mədəniyyət sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
2. Sənədlərin qəbulu və baxılması
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün elektron formada sənədlər ictimaishura@culture.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin qaynar xətti ilə əlaqə saxlamaq olar. (Tel: 147)
Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 25 iyun 2023-cü il saat 18:00-da başa çatacaq.
Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.
Qeydiyyat barədə müraciət nümunəsini aşağıdakı linkdən əldə edə bilərsiniz: