Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydası
1. Seçicilər
Seçicilərə dair tələblər
- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;
- Seçki Komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.
Seçicilərin qeydiyyatı
Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;
2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;
3. vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;
4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;
2. Sənədlərin qəbulu və baxılması
Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır.
Qeydiyyat üçün elektron formada sənədlər ictimaishura@mct.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəvanə Abdullayeva ilə əlaqə saxlamaq olar. Tel: (012) 498 79 53; (012) 498 20 62.
Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 2 iyul 2021-ci il saat 18:00-da başa çatacaq.
Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.
Qeydiyyat barədə müraciət nümunəsini bu linkdən əldə edə bilərsiniz: müraciət nümunəsi