Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
Müsabiqədə iştirak şərtləri:
- Loqotip dizaynı özündə Dövlət Xidmətinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;
- Loqotipdə ölkəmizin zəngin maddi irs nümunələrinə, onların elementlərinə xüsusi yer verilməli, sadə, rahat anlaşılan, orijinal, rəngli və konseptual görünüşlü olmalıdır;
- Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir;
- Qalib gəlmiş loqotip istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir;
- Təqdim olunan loqotiplərin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə), vektor versiyası (*eps, *ai, *cdr) olmalıdır;
- Müsabiqəyə istənilən şəxs və ya şirkət qatıla bilər. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 meqabaytdan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adı, soyadı, əlaqə nömrəsi, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir;
- Təklif olunacaq eskiz və layihələr 10 yanvar 2020-ci il tarixinədək info@heritage.gov.az e-mail ünvanına göndərə və ya Üzeyir Hacıbəyli 84, Hökumət evi, 2-ci mərtəbə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edə bilər;
- Təqdim olunan təkliflərə komissiya tərəfindən baxılaraq müsabiqənin qalibi elan olunacaq;
- Müsabiqənin qalibinə 1500 (bir min beş yüz) manat məbləğində mükafat təqdim ediləcək.
Əlaqələndirici şəxs: Fariz Hüseynov – mətbuat katibi. Tel: (012) 498 93 67 (298)
E-mail: f.huseynov@heritage.gov.az